Accessibility links

Samanta Pauer: Rusiya qlobal nizamı pozur


ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer Rusiyanın təcavüzkar və sabitliyi pozan hərəkətləri ilə beynəlxalq nizama əsaslanan qaydaları pozduğunu deyib.

BMT-dəki səfir kimi sonuncu siyasi nitqində Pauer Rusiyanın xarici və hərbi siyasətini tənqid edib, eləcə də ABŞ-ın Moskvaya qarşı sanksiyalarının qüvvədə saxlanmasına və prezident seçilmiş Donald Trampın tənqidlərə məruz qoyduğu NATO alyansının müdafiəsinə çağırıb.

Vaşinqtonda aparıcı araşdırma mərkəzlərindən biri olan Atlantika Şurasında (Atlantic Council) nitqində Pauer Rusiyanın Ukraynaya müdaxiləsini, Suriyada vətəndaş müharibəsində Dəməşq hökumətinə dəstəyini və Birləşmiş Ştatlar, habelə Qərbin demokratik ölkələrində seçkilərə təsir göstərmək cəhdlərini qeyd edib. Pauer fikrini bu sözlərlə bitirib: "Rusiyanın hərəkətləri dünyanın yeni nizamını möhkəmlətmir. Bu hərəkətlər mövcud nizamı dağıdır."

Rusiyanın hərəkətləri dünyanın yeni nizamını möhkəmlətmir. Bu hərəkətlər mövcud nizamı dağıdır.
Samanta Pauer

ABŞ səfirinin sözlərinə görə, Rusiya beynəlxalq səhnədə hərəkətlərinə görə məsuliyyətdən qaçmaq üçün "inkar və yalan" strategiyasından istifadə edib.

ABŞ prezidenti seçilmiş Donald Tramp Rusiya prezidenti Vladimir Putini müttəfiq etməyə çalışdığı ilə bağlı tənqidlərə və ABŞ kəşfiyyat orqanlarının Putinin seçkilərə müdaxilə etmək cəhdləri ilə bağlı hesabatına baxmayaraq, Moskva ilə münasibətlərin yaxşılaşdırılmasını istədiyini bildirb.

Rusiya hökumətinə qarşı onlar davranışı dəyişmədiyi halda cəza tədbilərinin aradan qaldılması Rusiyanı yalnız ruhlandıracaq.
Samanta Pauer

Tramp nüvə silahlarının ixtisarına dair razılaşma müqabilndə Rusiyaya qarşı bəzi sanksiyaların aradan qaldırılmasına dair təklif irəli sürə biləcəyini dediyi vaxt, səfir Pauer ABŞ sanksiyalarının tez zamanda götürülməməsinə çağırıb.

"Rusiya hökumətinə qarşı onlar davranışı dəyişmədiyi halda cəza tədbilərinin aradan qaldılması Rusiyanı yalnız ruhlandıracaq"-deyə Pauer bildirib.

O, Trampın Times of London qəzetinə müsahibəsində Atlantik alyansı terror hücumlarına qarşı müdafiəni təşkil edə bilmədiyinə görə köhnəlmiş adlandırmasından sonraNATO-ya dəstəyin davam etdirilməsinə çağırıb.

Onlar döyüşmək üçün gənc insanlarını Əfqanıstana göndərmək istəyirdilər. Ona görə yox ki onlara hücum olub, bizə hücum olunduğuna görə. Biz bunu heç vaxt unutmamalıyıq.
Con Makkeyn

Trampın NATO ilə bağlı açıqlamaları onun özünün mənsub olduğu Respublikaçılar partiyasında da tənqidlərlə qarşılaşıb. Senator Con Makkeyn CNN teleziyasına müsahibədə ABŞ-a qarşı 2001-ci il 11 sentyabr hücumundan sonra NATO alyansının cavabını qeyd edib.

"Onlar döyüşmək üçün gənc insanlarını Əfqanıstana göndərmək istəyirdilər. Ona görə yox ki onlara hücum olub, bizə hücum olunduğuna görə. Biz bunu heç vaxt unutmamalıyıq"-deyə Con Makkeyn bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG