Accessibility links

AXÇP-nin Gənclər Komitəsinin yerli şöbəsinin sədri Samir Həsənova 15 sutka verilib


Bu gün Şəki Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin yerli şöbəsinin sədri Samir Həsənova 15 sutka verilib.

Bu barədə AzadlıqRadiosu-na AXCP-dən məlumat veriblər. Gənc xuliqanlıqda ittiham edilib AXCP Şəki təşkilatından yayılan məlumata görə, məhkəmə qapalı keçirilib, onlardan heç kim salona buraxılmayıb.

Mayın 28-də AXCP Şəki şöbəsinin fəalları Respublika Günü ilə əlaqədar şəhərdəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Lakin aksiyaya polis müdaxiləsinin olduğu bildirilir. Samir Həsənov da həmin vaxt saxlanmışdı.

Ancaq hadisə ilə bağlı Şəki Rayon Polis Şöbəsindən mövqe almaq mümkün olmayıb.

Son həftələr Bakıda da 5 gənc saxlanıb. Onlardan 3-ü 10 sutka inzibati cəza alıblar. Qalan iki gənc fəal narkotikdə ittiham edilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov və Qiyas İbrahimov isə 4 ay həbslə cəzalandırılıblar. Həmin gənclərin əslində Heydər Əliyevin abidəsinə şüar yazılması ilə bağlı həbs edildikləri güman edilir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG