Accessibility links

Samir İsayev: Dəniz kənarındakı bütün obyektlərin inventarizasiyası aparılır [Video]


Samir İsayev: Dəniz kənarındakı bütün obyektlərin inventarizasiyası aparılır
please wait

No media source currently available

0:00 0:05:50 0:00

Samir İsayev: Dəniz kənarındakı bütün obyektlərin inventarizasiyası aparılır

Ətraf mühit üzrə müstəqil ekspert Samir İsayevin Amerikanın Səsinə müsahibəsində çimərlik problemləri və Xəzər sahillərinin çəpərlənməsindən danışıb

Ətraf mühit üzrə müstəqil ekspert Samir İsayevin Amerikanın Səsinə müsahibəsində çimərlik problemləri və Xəzər sahillərinin çəpərlənməsindən danışıb.

Amerikanın Səsi: Xəzər sahillərindəki çimərliklərdə monitorinqlər aparıbsınız? Əhalinin çimərliklərə girişi üçün imkanlar yaradılıbmı?

Samir İsayev: Xəzər çimərliklərinə insanların girişi baxımından böyük bir məhdudiyyətlər yoxdur. İlk növbədə, dəniz sahili və çimərlik fərqli anlayışlardır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, çimərliklər o ərazilərdir ki, yerli icra hakimiyyəti tərəfindən çimərlik kimi elan olunub. Həmin ərazi çimərlik kimi elan olunduqdan sonra orada insanların çimməsinə sanitar-epidemioloji xidmət, Ekologiya və Təbii Sərvətlər Nazirliyi suların keyfiyyətinin analizi nəticəsində icazə verir. Həmin ərazidə Fövqəladə Hallar Nazirliyinin Əhalinin sularda xilas edilməsi xidməti tərəfindən təhlükəsizlik sistemi qurulur. Bu ərazidə insanların çimməsinə şərait yaradılır. Həmin ərazilərin hamısında insanların çimməsinə imkan var. Sözsüz ki, ərazilərin bir qismi şirkətlər, tur-operatorlar, turist xidmətlətri göstərən qurumlar, otellər tərəfindən bağlanılıb və bağlı çimərliklərdir. Bir qismi isə açıq çimərliklərdir. Bağlı çimərliklərin olması dünya təcrübəsində istisna hal deyil. Dövlətin vəzifəsi ondan ibarətdir ki, bağlı çimərliklərlə yanaşı mütləq açıq çimərliklər də olsun. Yəni, pulsuz çimərliklər olsun. Digər bir tərəfdən, bütün çimərliklərə insanların gəlməsi və maşınların dayanacaq etməsi və dənizdə insanların çimməsi imkanları pulsuz olsun. Göstərilən xidmətlər pullu ola bilər. Amma, dənizə giriş pulsuz olmalıdır. Bu gün Azərbaycanda bu problem yaşanır. Bunun qarşısını almaq üçün bir neçə ay bundan öncədən Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən dəniz ətrafı bütün ərazilərdə, - Nabrandan-Astaraya qədər, - yerli icra hakimiyyəti orqanları tərəfindən inventarizasiya həyata keçirilir. Bax bu, insanların dəniz kənarına çıxışını asanlaşdırmaq üçün atılan addımdır.

Amerikanın Səsi: Xəzərin sahilinin çəpərlənməsi ilə bağlı yerli mediada və sosial şəbəkələrdə çoxsalı video-faktlar və yazılar yayılıb. Xəzərin sahilyanı zonalarının çəpərlənməsinin səbəbləri nədir?

Samir İsayev: Bütün ərazilər yerli icra hakimiyyətləri tərəfindən verilir. Dəniz sahili ərazilər bələdiyyə ərazisi deyil. Bu dövlət torpaqlarıdır. Dövlət torpaqlarının sərəncam vericisi (çimərliklərə, dəniz ətrafı ərazilərə münasibətdə) yerli icra hakimiyyətləridir. Həmin torpaqlar yerli icra hakimiyyəti orqanları tərəfindən verilir. Müxtəlif səbəblərdən verilir. Nəticə etibarı ilə torpaqlar verilən zaman müxtəlif xidmətlər göstərilməsi üçün, məsələn restoran xidməti, çay xidməti, kofe xidməti və s. Lakin, həmin sahibkarlar ərazini götürüb hasara alırlar. Digər tərəfdən, söhbət iri sahibkarlardan getmir. Biz dərinə getsək görərik ki, bu hasara almaların böyük əksəriyyəti məmurlar tərəfindən həyata keçirilib. Hansısa bir məmurdur, götürür, hasara alır ki, nə zamansa, nə isə edəcək, satacaq, obyektə verəcək və s. Yəni, bu gün öz vəzifəsindən istifadə edərək (hesab edir ki, dəniz kənarında gələcəkdə hansısa bir obyekt yaradılacaq) dənizkənarı torpaqları götürür, hasara alır ki, bunun olsun. Həmin torpaqları gələcəkdə hansısa uyğun məqsəd üçün istifadəyə verəcək. Bu çəpərləmələr bunun üçündür. Sırf məmur özbaşınalığıdır.

Amerikanın Səsi: Hökumət Xəzərin sahilindəki durumu qanunvericiliyə uyğun hala gətirilməsi üçün nə etməlidir?

Samir İsayev: Azərbaycan Respublikası prezidentinin sərəncamı əsasında dəniz kənarı, - Nabrandan tutmuş Astaraya qədər olan zolaq inventarizasiya edilir. Bunun nəticəsi olaraq qanunvericilikdə nəzərdə tutulmuş 25-50 metr məsafə var, hansı ki, relyefdən asılı olaraq bu məsafədə obyektlər dənizə yaxınlaşdırıla bilər. Bu baxımdan da araşdırma aparılır. Bütövlükdə dəniz kənarında nə varsa, kimə məxsusdursa, ən azı bir stul, bir stol, bir çətir qoyublarsa, həmin obyektlərin kimə məxsusluğu müəyyənləşdirilir və inventarizasiyası aparılır. Məqsəd nədir? Məqsəd dəniz kənarında çimərlik turizminin ağlabatan və uğurlu inkişafıdır. Bu böyük bir biznes sahəsidir. Bu, dövlətə miyonlar gətirəcək bir sahədir. Dövlət bu gün, bu addımı atır. Yəni əsassız çəpərləmələr və onun ərazilərini inventarizasiya edir. Sahibkarların bu sahəyə qatılması üçün şərait yaradır. Bu önəmli bir məsələdir. Əgər, biz istəyiriksə Azərbaycana xarici turistlər gəlsin, bunun üçün çimərlik turizmini inkişaf etdirməliyik. Dövlətin bu baxımdan gördüyü işləri təqdirəlayiq hesab edirəm. Nəticəsi nə olacaq hələ bilmirəm. Amma, hazırda inventarizasiyanın aparılması çox təqdirə layiq haldır.

Amerikanın Səsi: Monitorinqlər və inventarlaşdırma aparılmasına baxmayaraq Xəzər sahillərində kilometrlərlə hasarlar hələ də qalmaqdadır. Hökumət onun sökülməsi üçün cəhd etmir. Bu hasarlar niyə qalır, səbəbi nədir?

Samir İsayev: Dövlət bir asfalt çəkən maşındır. O bəzən insanların xoşu gələn ərazilərdə də, xoşu gəlməyən ərazilərdə də dağıdıb asfalt çəkir, gələcək inkişaf üçün yol düzəldir. Bu gün dövlət bir asfalt çəkən maşın kimi dəniz sahillərindəki qanunsuzluqları dağıdacaqsa, orada çəmərlik turizmini inkişaf etdirəcək və Azərbaycanın gələcək iqtisadi potensiallarından birini quracaq. Etməyəcəksə, heç nəyə nail ola bilməyəcək. Bu gün həmin ərazilərin böyük bir qismi məmur-oliqarxların əlindədir. Mən dövlətin hansısa bir addım atacağına tam əmin deyiləm.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG