Accessibility links

Samirə Ağayeva: Siyasi məhbus ailələrinin maddi və mənəvi durumu acınacaqlıdır


Samira Ağayeva
Samira Ağayeva

Hüquq müdafiəçisinin Amerikanın Səsinə müsahibəsi

Hüquq müdafiəçisi Samirə Ağayeva Amerikanın Səsinə müsahibəsində hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin ailələrinin maddi və mənəvi durumundan danışıb.

Amerikanın Səsi: Siz hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin ailə üzvləri ilə görüşlər keçirirsiniz. Onların maddi və mənəvi durumunu necə xarakterizə edərdiniz?

Siyasi məhbus ailələrinin maddi və mənəvi durumu çox acınacaqlıdır.

Samirə Ağayeva: Siyasi məhbus ailələrinin maddi və mənəvi durumu çox acınacaqlıdır. Əsasən də rayonlarda yaşayan ailələr çox ağır durumdadır. Çünki siyasi məhbusların qadınlarının çoxu işləmir, evdar qadınlardır, körpə uşaqları var. Bu səbəbdən onların maddi durumu çox çətindir. Bununla yanaşı mənəvi durumu da ağırdır. Azərbaycanda 13 mindən çox insan məhbus həyatını yaşayır. Onlar dövlət tərəfindən tam təmin olunmalıdır. Birinci növbədə onların keyfiyyətli qida ilə qidalanmaq hüququ var. Lakin məhbuslara keyfiyyətli qida verilmir. Onlara demək olar ki, tibbi yardım da göstərilmir. Amma, Azərbaycan büdcəsindən hər bir məhbusa 8-9 avro civarında pul ödənilir.

Samirə Ağayeva: Siaysi məhbus ailələrinin maddi və mənəvi durumu acınacaqlıdır
please wait

No media source currently available

0:00 0:05:11 0:00

Amerikanın Səsi: Bu ailələrə maddi və mənəvi yardımlar edilirmi?

Samirə Ağayeva: Siyasi məhbus ailələrinə yalnız ictimai aksiyalar çərçivəsində yardımlar edilir. Məsələn, hansısa bir kitab aksiyaları ya da məktəbli uşaqlara yardım aksiyaları çərçivəsində yardım edilir. Hansısa QHT-lərin və başqa təşkilatların siyasi məhbus ailələrinə yardımı barədə mənim xəbərim yoxdur.

Amerikanın Səsi: Bəs onların psixoloji durumu necədir?

Samirə Ağayeva: Psixoloji dururmları da ağırdır. Çünki, adətən siyasi məhbuslar ağır tipli cəzaçəkmə müəssisələrinə (13 saylı, 14 saylı Cəzaçəkmə Müəssisələrinə) yerləşdirilir. Onların rejimi çox sərtdir. Məhbusların sözlərinə görə onlara tibbi yardım göstərilmir, qidalanma çox aşağı səviyyədədir, keyfiyyətsiz ərzaqdan hazırlanır. Ona görə də məhbuslar yalnız öz ailələrindən yardım alır.

Amerikanın Səsi: Yerli mediada siyasi məhbus kimi tanınan şəxslərin ailə üzvlərinin və qohumlarının da təqiblərə məruz qaldığı barədə məlumatlar dərc edilir. Bu məlumatlar nə qədər həqiqətə uyğundur?

Bəzi uşaqlar ailələrinin maddi durumunun çətinliyinə görə məktəbə gedə bilmir.

Samirə Ağayeva: Bəli, biz ailələrlə görüşürük və onların demək olar ki, 90 faizi öz mənəvi və maddi durumlarından şikayətlənir. Mənəvi durum həm də ondan asılıdır ki, siyasi məhbuslar olduqları cəzaçəmə müəssisələrində kifayət qədər təzyiqlərə məruz qalır. Bu təzyiqlər ailələrə də təsir edir. Siyasi məhbusların demək olar ki, hər birinin körpə uşaqları, məktəbli uşaqları var. Uşaqlara təsir edir. Bəzi uşaqlar ailələrinin maddi durumunun çətinliyinə görə məktəbə gedə bilmir. Ailələrin dediyinə görə onlar çox zaman siyasi məhbus olan ailə üzvlərini ziyarət edə bilmirlər. Yəni cəzaçəkmə müəssisələrinə gedib onları ziyarət edə bilmirlər. Bunun da hamısı maddi durumla bağlıdır. Hər dəfə cəzaçəkmə müəssisəsinə gedəndə hansısa ərzaq sovqatı aparmalıdırlar. Bunun üçün də kifayət qədər pulları yoxdur.

Amerikanın Səsi:Bəs ailə üzvlərinin və qohumlarının təqiblərə məruz qalması ilə bağlı nə düşünürlər?

Samirə Ağayeva:Bu təzyiqlər əlbəttə ki, mövcuddur. Təzyiqlər nədən ibarətdir? Siyasi məhbusların qohumlarının bəziləri işdən çıxarılır, bəziləri siyasi məhbus olan qohumlarından imtina edir, imtina ərizələri yazırlar. Bu ərizələr mətbuatda dərc edilir. Belə faktlar var.

Rəsmi Bakı ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmir. Ölkədə vətəndaşların fikirlərinə, siyasi dünyagörüşlərinə görə təqib olunmadığını, bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir.

Hökumət həmçinin təqiblər və təzyiqlərlə bağlı tənqidləri qəbul etmir. Dövlət rəhbərləri insanların bütün fundamental hüquq və azadlıqlarının tam təmin edildiyini bəyan edir.

Penitensiar Xidmət bir qayda olaraq insanların cəzaçəkmə müəssisələrində qanunvericiliyə və normativ sənədlərə uyğun saxlanıldığını bildirir. Penitensiar Xidmət həbs yerlərində təqib və təzyiqlər, məhbusların qidalanmasında problemlərin olması ilə bağlı tənqidləri qəbul etmir.

Yerli hüquq müdafiə təşkilatları ölkədə 130-dək şəxsi siyasi məhbus kimi tanıyıb. Həmin şəxslərin 9-u jurnalist, bloger, 1-i şair, 1-i hüquq müdafiəçisi, 68-i inanclı şəxs, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 14-ü sosial etirazlarla bağlı tutulan, 2-si keçmiş dövlət məmuru, 20-si siyasi, ictimai fəal, 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır.

Amnesty İnternational Təşkilatı Azərbaycanda ondan artıq şəxsi "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG