Accessibility links

Samsung “Galaxy Fold” adlı yeni telefonunu təqdim edir


Samsung “Galaxy Fold” adlı yeni telefonunu təqdim edir
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Samsung şirkəti özünün yeni smartfon xəttini açıqlayıb. Smartfonları ən çox satılan bu şirkət smartfonların qlobal satışı azalan bazara təkan verəcəyinə ümid edir.

Cənubi Koreyanın Samsung elektron şirkəti yeni telefonu ilə smartfon bazarına həyəcan gətirmək istəyir. O, özünün “Galaxy Fold” adlı yeni, qatlanan telefonunu təqdim edib. Samsung Marketindın Castin Denison: “Ekranlarımızın ölçüsü bizim cihazlarımızın ölçüsünə uyğun olaraq hələ də məhdud olaraq qalmaqdadır. Lakin “Galaxy Fold”la biz sizin telefonlarınıza və həyatınıza yeni dimensiya gətiririk.”

Qapalı vəziyyətdə olanda “Fold” adi smartfona bənzəyir. Açıldıqda isə geniş tabletə çevrilir. İstifadəçi eyni zamanda 3 App-dən istifadə edə bilər. Təxminən 2000 dollar qiyməti olan “Galaxy Fold” bu ilin aprel ayında satışa çıxarılacaq.

Smartfon satışlarında dünya lideri olan Samsung şirkəti 10 il əvvəl Android sistemi ilə istehsal etdiyi Galaxy smartfonlarının yeni xəttini açıqlayıb. Samsung İT və Mobil Rabitə şöbəsinin başçısı DJ Koh: “Heç bir şirkət telefonun sizin mobil həyatınızın mərkəzində olması üçün bu qədər iş görməyib.”

S10 telefonlarının üç modeli – S10e, S10 və S10+ modelləridır. S10 keçmiş “Galaxy” telefonlardan fəqrli olaraq, daha böyük ekranlı, batareyası daha uzun müddət işləyən və daha çox kamerası olan telefondur. Şirkət eləcə də 5G-nı daha sürətli S10-la əvəz edəcək.

S10-da kilidi açmaq üçün ultrasəs barmaq izi skaneri olan birinci telefondur. Cihaz istifadəçinin barmağı ilə səs dalğalarını qəbul edir. Bundan digər cihazların yüklənilməsi üçün də istifadə edilə bilər. .

S10 satışa martın 8-i çıxarılacaq. Qiymətinə gəldikdə isə Samsung belə görünür bazarda dominantlıq edən və telefonları 749 dollardan başalyan Apple şirkətinın qiymətinə yaxın edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG