Cənubi Koreya məhkəməsi Samsunq şirkətinin rəhbəri, milyarder Li Ca-yanqı ölkə prezidentinin devirilməsi ilə nəticələnən qalmaqalla əlaqəli rüşvət ittihamlarına görə 5 il müddətinə azadlıqdan məhrum edib.
Seulun Mərkəzi Rayon Məhkəməsi həmçinin onu mənimsəmə, aktivlərin xaricdə, mənfəətləri gizləmək və yalançı şahidlik etməkdə təqsirli bilib.
Li ittihamları rədd edir, onun vəkillərindən biri isə qərarla bağlı apellyasiya məhkəməsinə çüraciət edəcəklərini bildirib.
Bundan əlavə ölkənin sabiq prezidenti Park Qın-he və onun yaxın rəfiqəsi Çoi-Sun-silin də rüşvətlə bağlı məhkəmələri davam edir.