Kaliforniya ştatının San Bernardino məktəbində atışma olub. Polisin bildirdiyinə görə, azı 4 nəfər güllələnib.
NBC xəbər agentliyinin məlumatına görə, ibtidai məktəbdə baş verən insident nəticəsində 2 nəfər həyatını itirib.
San Bernardino Polis İdarəsinin rəisi Carrod Barquan əvvəlcə intihar edildiyinin düşünüldüyünü deyib. O, şübhəlinin də vurulduğunu bildirib.
İki şagird xəstəxanaya yerləşdirilib.
KNBC-nin məlumatına görə, iki nəfərin öldüyü təsdiq edilib, yaralılar arasında bir müəllim və iki şagird var.