Kaliforniya polis idarəsinin rəisi hücumçuların 76 dəfə atəş açdığını və oyuncaq maşın içərisində partlamayan 3 boru bombasının aşkar edildiyini bildirib.
Polis rəisi Carrod Burquan deyib ki, Amerikada doğulan səhiyyə inspektoru və onun pakistanlı həyat yoldaşı icarəyə götürülmüş maşınla qaçmağa nail olmuş, lakin 28 yaşlı Səid Rizvan Fərrux və 27 yaşlı Təşfin Malik 3 km-lik məsafədə yerləşən Redlands şəhərində polislə atışma zamanı öldürülmüşlər.
Birləşmiş Ştatlar rəsmiləri ya nişanlı, ya da evli olan qadın və kişinin Kaliforniya ştatının San-Bernardino şəhərində Sosial Xidmətlər Agentliyinin keçirdiyi bayram mərasimi zamanı 14 nəfəri öldürməsi və 17 nəfəri yaralaması səbəblərini öyrənməyə çalışır.
Polis Səhiyyə Nazirliyinin yerli şöbəsində işləyən Səid Fərruxun hücumu çərşənbə günü səhər İnland Regional Mərkəzində keçirilən Milad bayramı mərasimində həyata keçirdiyini bildirilir.
Hadisə yerli terror kimi qiymətləndirilsə də, Federal Təhqiqat Bürosu hücumun hər hansısa beynəlxalq terror şəbəkəsi ilə əlaqəsi olub-olmadığını aydınlaşdırmağa çalışdığı deyir.