Accessibility links

San Fransisko hava limanında təyyarə qəzaya uğrayıb



Kaliforniyanın San Fransisko beynəlxalq hava limanında Boinq 777
tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Rəsmilər Asiana hava yollarına məxsus təyyarənin 214 nömrəli uçuşla Cənubi Koreyada Seul şəhərindən gəldiyini bildiriblər.

Şahidlərin verdiyi məlumata görə, təyyarənin quyruğu təyyarə uçuş zolağına enməzdən əvvəl yerə dəyib. Hadisə baş verən yerdən səmaya tüstü qalxmağa başlayıb. Təyyarənin hər iki tərəfində evakuasiya üçün çıxışlar açılıb.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi və tələfatların olub-olmadığı məlum deyil. Təyyarədə olan sərnişinlər haqda da hələ dəqiq məlumat yoxdur.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG