Accessibility links

Koalisiya qüvvələri Sənaa ətrafında hutilərin mövqelərini bombalayır


Yəməndə Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri Sənaa ətrafında huti üsyançılarının mövqelərini bombalayır.

Ədən şəhərində isə üsyançılarla quru döyüşləri aparılır.

Şahidlərin dediyinə görə, paytaxt yaxınlığındakı hərbi bazanın silah cəbbəxanasına havadan 5 hücum həyata keçirilib. Koalisiya qüvvələri Şabva və Lahc vilayətlərində üsyançıların mövqelərini bombardman edib.

Neftlə zəngin Marib vilayətində də sabiq prezident Əli Abdulla Salehin hutilərlə birləşən tərəfdarları ilə döyüşlər gedir.

Koalisiya qüvvələrinin hava kampaniyaları ikinci aya daxil olub. Ötən həftə Səudiyyə Ərəbistanı kampaniyanın sona çatdığını elan etsə də, vəziyyət hava reydlərinin bərpasını labüd edib.

Hücumlar və qarşıdurmalar sülh əldə edilməsinə dair müzakirələrin nəticəsiz qalacağını göstərir.

Bu arada BMT Yəmən üzrə xüsusi nümayəndə vəzifəsinə mavritaniyalı diplomat Ould Şeyx Əhmədi təyin edib. BMT bildirir ki, o, Təhlükəsizlik Şurasının üzvləri və regional hökumətlə sıx əlaqədə olacaq.

BMT-nin Yəməndə sülh danışıqlarına vasitəçilik edəcəyi elan edilib.

Yəməndə son bir ay ərzində 115-i uşaq olmaqla, 550 mülki vətəndaş həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG