Accessibility links

Qətiyyətli Sanders Demokrat partiyasının platformasının müəyyənləşməsində rol oynayır


Demokrat partiyası iyul ayında keçiriləcək qurultaydan öncə siyasi platformasını hazırladığı bir vaxt rəy sorğuları göstərir ki, Berni Sanders bir il ərzində 40 xal aşağıdan hazırda Hillari Klintonla demək olar bərabər səviyyəyə qalxıb.

Hər dörd ildən bir prezidentliyə rəsmi namizədi irəli sürməklə yanaşı, Demokrat və rəqib Respublikaçılar partiyası qurultaylarda siyasi platforma və ölkənin idarə edilməsində siyasi kursa dair əhatəli proqramı təqdim edir.

Demokratların Milli Komitəsi bazar ertəsi günü bildirib ki, platformanın hazırlanması üçün heyətə Sandersin beş, Klintonun isə seçdiyi altı nümayəndə daxil ediləcək. Milli Komitənin sədri Debbi Vasserman Şults daha dörd nümayəndə seçəcək.

Assoşieyted Press agentliyinə müsahibədə Sanders deyib ki, demokratlar bir məqsəd ətrafında birləşməlidir, bu da Donald Tramp üzərində qələbədən ibarətdir.

Özünü demokrat sosialist adlandıran və kampaniya platformasını iqtisadi bərabərlik, əlverişli təhsil imkanları, korporasiya maraqlarının siyasətə təsirinin azaldılması və sosial xidmətlərin genişləndirilməsinı haqda mesajlar üzərində quran Sanders xüsusilə də gənclər arasında populyarlıq qazanaraq, tərəfdarlardan ibarət böyük kütlələri cəlb edə bilib.

Bu dəstək ona 20 ştatda qələbə qazandırıb. Sanders, Klinton və Respublikaçılar partiyasının ehtimali namizədi Donald Tramp yanvar ayında vəzifə müddəti bitəcək prezident Barak Obamanı vəzifədə əvəz etmək üçün mübarizə aparır.

Klinton demokratların seçkisində Sandersdən daha çox nümayəndənin dəstəyini alıb. Onun iyunun 7-də daha altı ştatda keçiriləcək praymerilər və kokuslardan sonra partiyadan nominasiyanı özünə təmin edəcəyi gözlənilir.

Sanders deyib ki, onun tərəfdarları təkcə Uoll Strit və korporativ Amerika deyil, işləyən ailələr, yoxsullar və gənclərin maraqlarının təmsil olunduğu bir platformanın hazırlanmasını gözləyir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG