Accessibility links

Kokus zəfərlərinin ardınca Berni Sanders "qələbəyə yol" gördüyünü deyir


Üç Demokrat kokuslarında qələbələrdən sonra Vermont Senatoru Berni Sanders kampaniyasının momentum qazandığını və rəqibi Hillari Klinton üzərində "qələbəyə yol" göründüyünü bəyan edib.

"Biz bu nominasiya prosesini udacağıq," deyə Sanders ABC telekanalına bildirib.

Hesab edirəm ki, momentum bizdədir. Bu super-nümayəndələrin çoxu Klintona dəstəyini yenidən nəzərdən keçirəcək.

Açıqlama Sandersin ABŞ-ın qərb ştatları olan Vaşinqton, Havay və Alyaskadakı qələbələrinin ardınca verilib.

Hətta bu qələbələrlə belə Sanders hazırda yarışda öndə gedən Klintonu adlamaqda ciddi baryerlərlə üzləşir.

Klinton Sandersdən qurultayda yekun namizədə səs verəcək nümayəndələr sayında 300 nümayəndə irəlidədir. Onun həmçinin səs verməkdə sərbəst olan “super-nümayəndələr” arasında dəstəyi kifayət qədər güclüdür.

Bir çox siyasi müşahidəçilər Klintonun irəlidə getdiyini əsas gətirərək Sandersi yarış tərk etməyə, və sabiq Dövlət Katibinə əsas diqqəti Respublikaçı rəqiblərə yönəltməyə imkan verməyə çağrımışdılar.

Sandersin uğurlarına baxmayaraq, Hillari Klinton Demokratların prezidentliyə namizədliyi uğrunda mübarizədə favorit mövqedədir.
Sandersin uğurlarına baxmayaraq, Hillari Klinton Demokratların prezidentliyə namizədliyi uğrunda mübarizədə favorit mövqedədir.

Lakin bazar günü Sanders bu çağırışları rədd edib.

"Hesab edirəm ki, momentum bizdədir. Bu super-nümayəndələrin çoxu Klintona dəstəyini yenidən nəzərdən keçirəcək."

Sander son altı ştatda keçirilən ilkin seçkilərdən beşini qazanıb. Klinton təqvimin əvvəlində cənub ştatlarında qələbələr çalıb.

XS
SM
MD
LG