Accessibility links

Senator Sanders prezident Trampı tənqid edib


Birləşmiş Ştatlar senatoru Berni Sanders ABŞ-da 26 ölüm, 600-dən çox yoluxma hallarından sonra prezident Donald Trampın koronavirusun yayılmasının qarşısının alınması üçün səylərini tənqid edib.

Sanders bu açıqlamaları bazar ertəsi Demokratların Miçiqan ştatında ilkin seçkiləri ərəfəsində virusla bağlı keçirilən dəyirmi masa söhbətində verib. “Tramp onun koronavirusu anlamaqda “təbii” qabiliyyəti olduğu deyib və bu virusun apreldə bitəcəyini bildirib. Donald Trampın koronavirusu anlamaqda təbii qabiliyyəti yoxdur və onun məsuliyyətsiz bəyanatları bu ölkədəki və dünya boyu insanları çaşdırır” - deyə, Sanders bildirib.

Tramp mübarizə apardığı epidemiyanın nəticələrini dəfələrlə azaltmağa çalışıb.

Bazar ertəsi Tramp çox qısa mddətə sərnişinlərindən azı 21 nəfərin virusa yoluxduğu kruiz gəmisinin Kaliforniya limanına yan alması barədə məlumat verən vitse-prezident Pensə qoşulub. Pens sərnişinlərin bir hissəsinin gəmini bazar ertəsi tərk etdiyi, qalan hissəsinin isə çərşənbə axşamı tərk edəcəyi bildirib.

“Qalan sərnişinlər xüsusi nəzarət şəraitində daşınacaq. Avtobuslar onları Corciya və Texasdakı hərbi bazalara gedir. Bütün sərnişinlər yoxlanır, onlar müvafiq şəkildə təcrid ediləcək və karantində saxlanılacaq" - deyə. vitse-prezident Pens bildirib.

Pens gəmidə qalan insanlar və ekipaj üzvlərinin limandan uzaqlaşdırılacağını, onların gəmidə müayinə ediləcəyini və orada müalicə olunacaqlarını deyib.

XS
SM
MD
LG