Accessibility links

Razzies.com ən uğursuz aktyorların adlarını açıqlayıb


Aktyor Adam Sandler ardıcıl olaraq beşinci ildir ki, uğursuz aktyor adına layiq görülür.

O, sonradan ən pis film adı almış Cobbler Pixels filmlərinə görə Ən Pis Aktyor adı alıb.

Mortdecai
Mortdecai

Conni Depp Mortdecai filminə görə, Şanninq Teytum Yupiterə Qalxmaq, Kevin Ceyms Paul Blart Mall Cop 2, Ceyms Dornan isə Fifty Shades of Grey filminə görə ən pis aktyor adına layiq görülüb.

Fifty Shades of Grey filmindən söz düşmüşkən bu filmdə rol almış Dakota Conson ilin ən pis aktrisası hesab edilir.

​Bu ada layiq görülən digər aktrisalar isə Yupiterə Qalxmaq filmdəki roluna görə Mila Kunis, Home Sweet Hell filminə görə Katerin Heiql, The Boy Next Door filminə görə Cennifer Lopez, Mortdecai filminə görə isə Qvinit Paltrou olub.

Maraqlısı isə budur ki, Yupiterə Qalxmaq filminə görə ən pis aktyor adı alan Eddi Redmen Danimarkalı Qız filminə görə Oskara layiq görülüb.

Sadəcə göstərmək istəyirdim ki, məşhurların da həyatında uğursuzluqlar olur.

XS
SM
MD
LG