Accessibility links

Texasın Santa Fe şəhər məktəbində atışma


Texasın Santa Fe şəhər məktəbində atışma olub. 10 nəfərin öldürüldüyü bildirilir.

Müstəqil Məktəb İdarəsinin bəyanatında deyilir ki, məktəbdə aktiv atışma qeydə alınıb. Yaralananlar olduğu təsdiq edilib.

Hadisə yerinə polis və fövqəladə işçilər cəlb edilib. Məktbə direktorunun müavini Kris Riçardson müxbirlərə bildirib ki, şübhəli zərərsizləşdirilərək nəzarət altına alınıb.

Preaident Donald Tramp Twitter hesabında "İlkin xəbərlər yaxşı deyil, Allah hamını qorusun!" - deyə, yazıb.

​Daha sonra prezident hadisəni son zamanlar ölkədə baş verən silahlı hücumların ən dəhşətlisi adlandıraraq, ölənlərin ailə üzvlərinə onlara daimi dsətk veriləcəyini bildirib.

Tramp özünə və başqalarına təhlükə törədənlərin əllərindən silahlarının alınacağına and içib.

Texas qubernatoru Qreq Abbott hadisəni Texasın məktəb tarixində ən ağır hücum adlandırıb. O, hücumçunun məktəb şagirdi olduğunu bildirib.

Santa Fe Hyuston və Qalveston şəhərləri arasında yerləşir.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG