Accessibility links

Santa Kruz adasında 6.6 bal gücündə zəlzələ baş verib


Santa Kruz adasında 6.6 bal gücündə zəlzələ baş verib
Santa Kruz adasında 6.6 bal gücündə zəlzələ baş verib

ABŞ Geoloji Araşdırma İdarəsi Sakit Okeanda Solomon adalar qrupunun bir hissəsi olan Santa Kruz adasında 6.6 bal gücündə zəlzələ baş verdiyini göstərib. Zəlzələ bazar ertəsi günorta saatlarında paytaxt Kira Kiradan 353 kilometr məsafədə 39 kilometr dərinlikdə baş verib.

ABŞ tədqiqatçıları dağıdıcı sunami təhlükəsinin olmadığını bildirib. Lakin Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi bu miqyasda zəlzələnin bəzən episentirdən 100 kilometr məsafədə dağıdıcı sunami yarada biləcəyini deyib. Mərkəz bildirib ki, regionda rəsmilər mümkün sunami barədə məlumatlı olmalıdırlar.

XS
SM
MD
LG