Accessibility links

Şanxayda benzin daşıyan maşın qəzaya uğrayıb


Şanxay polisi bildirir ki, şəhərin mərkəzində baş verən qəzanın terror hücumu olmadığı güman edilir. Onlar deyib ki, sürücü Çinin maliyyə mərkəzində benzin kanistrləri ilə dolu maşını idarə edərkən siqarət çəkirdi.

Cümə səhər baş verən qəzadan sonra 18 nəfər xəstəxanaya yerləşdirilib, onların üçü ciddi xəsarətlər alıb.

Şəhər hakimiyyəti maşının səhər saat 9 radələrində People’s parkı yaxınlığında səkiyə doğru doğru istiqamət aldığını və daha sonra yanmağa başladığını bildirib.

Yerli medianın verdiyi məlumata görə, maşında altı insan və bir neçə kanistr benzin olub.

Sosial mediada yerləşdirilən videoda Starbucks kafesi yaxınlığında yerdə yaralı insanların olduğu göstərilir.

Qəza Britaniya baş naziri Tereza Meyin Şanxayda planlaşdırılan çıxışından öncəyə təsadüf edir.

XS
SM
MD
LG