Accessibility links

Nazirlik şadlıq evlərini məhkəməyə verib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda 20-yə qədər obyektin bağlanması ilə bağlı məhkəməyə müraciət edib.

"Turan" agentliyinin xəbərinə görə, nazirlik bildirir ki, bir sıra iaşə obyektləri müasir standartlara cavab verən təmizləyici qurğular quraşdırmayaraq ətraf mühiti çirkləndirməkdə davam edirlər.

Nazirliyin məlumatına görə, məsələ ilə bağlı bütün obyektlərə 6 ay vaxt verilsə də, onlardan yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb.

Kabab tüstüsü
Kabab tüstüsü

ETSN vurğulayır ki, xəbərdarlığa məhəl qoymadıqlarına görə 64 obyekt cərimə olunub, cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır.

Nazirlikdən bağlanılmasından ötrü müraciət edilən bəzi şadlıq evlərinin adları da çəkilib. Ancaq hələlik həmin obyektlərdən bu məsələyə münasibət almaq mümkün olmayıb.

Bakıda yüzlərlə şadlıq sarayları, restoranlar, kafelər və digər iaşə obyektləri fəaliyyət göstərir. Bu öbyektlrəin ümümi statistikasını müəyyən etmək çox çətindir. Təsəvvür yaranması üçün bir rəqəmi diqqətə çatdıraq. Yalnız şadlıq.az saytında Bakıda 224 şadlıq sarayının reklamı yerləşdirilib.

Bu obyektlərdə müştərilərin çox maraq göstərdiyi yeməklər əsasən müxtəlif növ kabablardır. Müşahidəçilər bildirir ki, paytaxtın restoranlar şəbəkələri yerləşən ərazilərində kabab peçlərindən havaya buraxılan tüstlü dumanı illərdir davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG