Accessibility links

Fransanın sabiq prezidenti məhkəmə qarşısına çıxarılıb


Fransanın sabiq prezidenti Nikola Sarkozi hakimə rüşvət verməyə çalışmaqda və nüfuzundan istifadə edərək pul almaq ittihamları ilə məhkəmə qarşısına çıxarılıb. Bu ittihamlar onun siyasi karyerasını ləkələyən bir neçə cinayət araşdırmaları sırasındadır.

Prokurorlar iddia edir ki, Sarkozi 2007-ci il prezident seçkiləri kampaniyası üçün L'Oreal şirkətinin varisi Lilian Bettenkurdan qanunsuz ödəmələr qəbul edib və bununla bağlı Monako hakiminə gizli məlumatların ona verilməsi üçün rüşvət təklif edib.

2007-2012-ci illərdə Fransaya rəhbərlik edən və mühafizəkarlar arasında nüfuzunu qoruyan Sarkozi ona qarşı ittihamlarla əlaqədar hər hansı bir günahı olduğunu rədd edib və işlərin ləğvi üçün güclü mübarizə aparıb.

Müstəntiqlər 2013-cü ildə Sarkozinin 2007-ci il kampaniyası zamanı Liviya şirkətini maliyyələşdirilməsi iddialarını araşdırarkən Sarkozi ilə vəkili Tierri Herzoq arasındakı danışıqları dinləmişdilər.

Həmin vaxt Sarkozi və onun vəkilinin saxta adlarla qeydiyyatdan keçmiş mobil telefonlardan istifadə etdikləri aşkar edilmişdi. Sarkozinin telefonu Pol Bismut adı ilə qeydiyyatdan keçib.

Prokurorlar telefon dinləmələrində Sarkozi və Herzoqun dəfələrlə Fransanın cinayət işləri üzrə ən yüksək apellyasiya məhkəməsi olan Bettencourt istintaqı barədə məlumatlı olan Məhkəmə Kassasiya Məhkəməsinin hakimi Azibertlə əlaqə qurmağı müzakirə etdiklərini deyib.

İddiaya görə, Sarkozi daxili yardım qarşılığında Azibertə Monakoda iş tapmasına kömək etməyi təklif edib.

Sarkozi bu ay BFM TV-yə verdiyi müsahibədə "cənab Azibert heç vaxt Monakoda işə girməyib" - deyə, bildirib.

Herzoq və Azibert korrupsiya və nüfuzlarından sui-istifadə ittihamı ilə Sarkozi ilə mühakimə olunurlar. Onlar həmçinin "peşə sirrini pozmaqda" ittiham olunurlar. Günahkar tanındıqları təqdirdə hər üçünü 10 ilədək həbs və böyük cərimələr gözləyir.

Sarkozi və onun mərkəz sağ partiyası Les Republicains illərdir keçmiş prezidentə qarşı aparılan istintaqın siyasi motivli olduğunu bildirir.

Gələni mart ayında Sarkozi uğursuz 2012-ci il təkrar seçki təklifi dövründə kampaniyasının maliyyələşdirmə qaydalarını pozmaq ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

Qondarma "Bygmalion" işi Sarkozinin partiyasının seçki kampaniyasının həqiqi xərclərini gizlətmək üçün ona yaxın bir firma ilə işlədiyinə dair ittihamlara əsaslanır.

Prokurorlar hələ də Liviyanın keçmiş lideri Müəmmar Qəzzafinin Sarkozinin 2007-ci il kampaniyası üçün çamadanlarla Parisə göndərilən milyonlarla avro ilə bağlı iddiaları araşdırır.

Sarkozi iddiaları inkar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG