Accessibility links

Səudiyyə Ərəbistanında 70 ildən sonra ilk dəfə spirtli içki mağazası açılıb


Bir diplomatın çərşənbə günü bildirdiyinə görə, Səudiyyə Ərəbistanında 70 ildən çox müddətdən sonra ilk dəfə spirtli içki mağazası açılıb. Bu, İslamın ən müqəddəs məkanlarına ev sahibliyi edən, bir vaxtlar ultra-mühafizəkar krallıqda sosial baxımdan daha bir liberallaşma addımıdır.

Ər-Riyaddakı mağaza qeyri-müsəlman diplomatlarla məhdudlaşsa da, Səudiyyə Ərəbistanının iddialı vəliəhdi Məhəmməd Bin Salmanın iqtisadiyyatını xam neftdən yavaş-yavaş uzaqlaşdırmaqla bağlı iddialı planlarının bir hissəsi olaraq, krallığı turizm və biznes məkanına çevirməyi hədəflədiyi vaxta təsadüf edir.

Bununla belə, həm 2018-ci ildə Washington Post-un köşə yazarı Camal Xaşuqçinin öldürülməsindən sonra şahzadənin beynəlxalq nüfuzu, həm də onilliklər boyu onun qumlu genişliklərini idarə edən mühafizəkar İslam adətləri ilə bağlı problemlər qalmaqdadır.

Səudiyyə Ərəbistanında sosial cəhətdən həssas bir mövzunu müzakirə etmək üçün adının açıqlanmasını istəməyən diplomatın dediyinə görə, mağaza Ər-Riyadın diplomatlar məhəlləsindəki super-marketin yanında yerləşir. Diplomat çərşənbə günü mağazanı gəzərək, onun böyük beynəlxalq hava limanında yüksək səviyyəli rüsumsuz mağazaya bənzədiyini deyib.

Diplomat bildirib ki, mağazada hələlik içki, şərab və iki növ pivə var. Mağazanın işçiləri müştərilərdən diplomatik şəxsiyyət vəsiqələrini təqdim etmələrini, içəridə olarkən cib telefonlarını çantalarına qoymalarını xahiş edib. Diplomat deyib ki, mobil telefonun paylama sistemindəki proqram alış-veriş etməyə imkan verir.

Səudiyyə rəsmiləri mağaza ilə bağlı şərh verməyib.

Bununla belə, mağazanın açılışı dövlətə bağlı Səudiyyə Tədqiqat və Media Qrupuna məxsus ingilisdilli Arab News qəzetinin krallıqdakı diplomatlara spirtli içki satışını tənzimləyən yeni qaydalarla bağlı xəbəri ilə üst-üstə düşür.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG