Səudiyyə Ərəbistanı şənbə günü bildirib ki, bu il həcc ziyarətində 1 milyon zəvvarın iştirakına icazə verəcək. Bu, iki ildir pandemiya məhdudiyyətləri səbəbilə ölkəyə icazə verilən çox az sayda zəvvarla müqayisədə kəskin bir artımdır.
Həcc nazirliyi “bu il ölkə daxilindən və xaricdən 1 milyon zəvvarın həcc ziyarətinin yerinə yetirməyə icazə verib,” açıqlamada bildirilib.
İslamın beş şərtindən biri olan həcc ziyarəti bütün müsəlmanlar tərəfindən həyatların azı bir dəfə yerinə yetirilməlidir. Adətən dünyanın ən böyük dini toplantılarından biri olan həcc ziyarətində 2019-cu ildə təxminən 2.5 milyon insan iştirak etmişdi.
2020-ci ildə koronavirus pandemiyası başlayandan sonra isə Səudiyyə Ərəbistanı rəsmiləri yalnız 1000 zəvvarın həcc ziyarətini yerinə yetirməyə icazə vermişdi.
Ondan sonrakı il sonra isə lotereya yolu ilə 60 000 tam vaksin olunmuş vətəndaş və sakin seçilmişdi.
Şənbə günü edilən açıqlamada bildirilir ki, bu ilki həcc ziyarəti iyul ayında baş tutacaq və 65 yaşından aşağı vaksin olunmuş zəvvarların iştirakına icazə veriləcək.
Xaricdən gələnlərdən səfərdən öncə 72 saat ərzində mənfi COVID-19 PCR testi təqdim etməli olacaqlar.
Hökumət zəvvarların təhlükəsizliyini təşviq etmək, “eyni zamanda isə bütün dünyadan maksimum sayda müsəlmanın həcc ziyarətini yerinə yetirə bilməsini təmin etmək istəyir,” şənbə günü yayılan açıqlamada bildirilib.
Məhdudiyyətlər yüngülləşdirilir
Həcc ziyarəti zamanı beş gün ərzində Məkkə və Səudiyyə Ərəbistanının qərbində ətraf ərazilərdə bir sıra dini mərasimlər keçilir.
Həcc ziyarətinə ev sahibliyi etmək Səudiyyənin idarəçiləri üçün prestij məsələsidir, çünki İslamdakı ən müqəddəs yerlər onların siyasi legitimliklərinin ən güclü mənbəyidir.
Pandemiyadan öncə müsəlmanların həvv ziyarətləri krallığın əsas gəlir mənbəyi idi və hər il 12 milyard dollar pul gətirirdi.
2020 və 2021-ci ildə tətbiq olunan məhdudiyyətlər həcc ziyarətində iştirak etmələri qadağan olan xaricdəki müsəlmanları qəzəbləndirmişdi.
Səhiyyə Nazirliyinin məlumatına görə, təxminən 34 milyon əhalisi olan krallıqda 751 mindən çox koronavirusa yoluxma, o cümlədən 9055 ölüm halı qeydə alınıb,
Nazirlik martın əvvəlində bir çox COVID məhdudiyyətlərini, o cümlədən ictimai yerlərdə sosial məsafə saxlamaq və vaksin olunan insanların karantində qalmaq məxburiyyətini aradan qaldırdığını elan edib.