Accessibility links

ABŞ-ın Səudiyyə Ərəbistanındakı konsulluğu yaxınlığında partlayış olub


Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirib ki, intiharçı üzərindəki bombanı Ceddah şəhərindəki ABŞ konsulluğu yaxınlığında partladıb.

Nazirlik bildirib ki, təhlükəsizlik qüvvələri hadisəni törətmək istəyən şəxsdən şübhələnib və ona yaxınlaşan an şübhəli şəxs üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində şübhəli şəxs ölüb, iki təhlükəsizlik işçisi yüngül zədələrlə xəstəxanaya çatdırılıb.

ABŞ-ın Səudiyyə Ərəbistanındakı konsulluğunun işçilərindən heç birinin xəsarət almadığı bildirilib. Konsulluq Səudiyyə Ərəbistanına səyahətlə bağlı xəbərdarlığı təkrar edərək, amerikalılara vacib olmadığı təqdirdə bu ölkəyə səyahət etməmələrini tövsiyyə edib.

2004-cü ildə Əl-Qaidə ilə əlaqədar yaraqlı qrup qumbara bombası ilə konsulluğa hücum edərək Səudiyyə təhlükəsizlik qüvvələri ilə atışıb. Hücum zamanı konsulluğun amerikalı olmayan beş üzvü həlak olub.

XS
SM
MD
LG