Accessibility links

Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Sultan bin Əbdül Əziz dünyasını dəyişib


Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Sultan bin Əbdül Əziz dünyasını dəyişib
Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Sultan bin Əbdül Əziz dünyasını dəyişib

Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Sultan bin Əbdül Əzizin xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir. Səudiyyə Ərəbistanı mətbuatı onun ölkə xaricində xəstəlik səbəbilə dünyasını dəyişdiyi haqda xəbər verib. Qərb mətbuatının verdiyi xəbərlərə görə isə səudiyyə şahzadəsi Nyu-Yorkda müalicə olunurdu.

Şahzadə Sultan 1963-cü ildən Səydiyyə Ərəbistanının Müdafiə və Aviyasiya naziri vəsifəsini tuturdu. Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin bildirdiyinə görə, şahzadənin krallığın silahlı qüvvələrinin müasirləşməsi işində müstəsna rolu olub.

ABŞ prezidenti Barak Obama şahzadə Sultanın ölümülə bağlı dərin kədərini ifadə edib və onu ABŞ-ın dəyərli dostu adlandırıb.

Tacikistanda səfərdə olan ABŞ Dövlət katibi Hillari Klinton səudiyyə şahzadəsinin vəfatı münasibətilə başsağlığı vermiş, onu güclü lider və ABŞ-ın yaxın dostu adlandırmışdır.

Vəliəhd Sultan bin Əbdul Əziz Səudiyyə Ərəbistanın ən nüfuzlu fiqurlarından biri idi. O, Səudiyyə Ərəbistanı kralı Abdullanın ögey qardaşıdır.

Şahzadə Sultan 2010-cu ildə kral Abdulla Nyu-Yorkda xəstəlikdən müalicə olunduğu zaman krallığı idarə edirdi. Həm Səudiyyə kralı, həm mərhum şahzadə Sultan son illər ciddi sağlıq problemləri ilə qarşılaşmışdı.

2009-cu ildə şahzadə Sultan adı açıqlanmayan xəstəlikdən müalicə olunmaq üçün ABŞ-a gətirilmişdi. Bundan öncə ona xərçəng xəstəliyi diaqnozu qoyulduğu haqda xəbər verilmişdi.

Şahzadənin ölümü ölkə daxilində gərginlik, başqa tərəfdən isə regionda rəqib olan İranın yaratdığı təhlükələrlə üzləşən Səudiyyə Ərəbistanının gələcək rəhbərliyi məsələsilə bağlı suallar qaldırır.

Hazırda isə vəliəhdin kim olacağı müəyyən edilməlidir. Müşahidəçilər daxili işlər naziri şahzadə Nayefin güclü şansları olduğunu bildirir.

XS
SM
MD
LG