Accessibility links

Məhəmməd Bin Salman Xameneyinin əməllərini Hitlerin mövqeyinə bənzədib


Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd Bin Salman İranın ali runahi liderini Adolf Hitlerlə parallel gətirərək, İranın nüvə silahı istehsal etdiyi təqdirdə ölkəsinin də nüvə silahları istehsalına başlayacağını deyib.

O, Hitlerin bir zamanlar etdiyi kimi Yaxın Şərqdə öz layihəsini qurmaq istəyir

"Səudiyyə Ərəbistanının nüvə bombasına ehtiyacı yoxdur. Lakin İran bunu etsə, biz də təcili şəkildə silah istehsalına başlayacağıq"- deyə, şahzadə bildirib.

32 yaşlı Salman bu gün yayımlanan müsahibsədində İranın ali ruhani lideri Ayətulla Əli Xameneyinin əməllərini Nasist Almaniyasında Hitlerin mövqeyinə bənzədib.

"O, Hitlerin bir zamanlar etdiyi kimi Yaxın Şərqdə öz layihəsini qurmaq istəyir. O zamanlar bir çox Avropa ölkəsi və dünya baş verənlərədək Hiterin nə dərəcədə təhlükəli olduğunu dərk etməyib. Mən Yaxın Şərqdə belə bir halın yaranmasını görmək istəmirəm" - deyə, şahzadə əlavə edib.

Əli Xameneyi
Əli Xameneyi

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin əsirlərlə davam edən nifaqa əsalandığına dair sualın cavabında şahzadə Salman deyib ki, İran Səudiyyə Ərəbistanına rəqib ola bilməz.

O, İran ordusunun müsəlman dünyasında 5 ən yüksək ordu sırasında yer almadığını bildirərək, ölkəsinin iqtisadiyyatının İran iqtisadiyyatından daha güclü olduğunu və Səudiyyə Ərəbistanı ilə bərabərlikdən çox uzaq olduğunu deyib.

XS
SM
MD
LG