Accessibility links

Şahzadə Mitəb bin Abdulla azad edilib


Səudiyyə rəsmilərinin bildirdiyinə görə, bir zamanlar Səudiyyə Ərəbistanı taxtına birinci namizəd olan şahzadə Mitəb bin Abdulla 1 milyard dollardan artıq məbləğdə razılaşma əldə edildikdən sonra azad edilib.

Mərhum Kral Abdullahın oğlu və elit Milli Qvardiyanın keçmiş rəhbəri Mitəb bin Abdulla çərşənbə axşamı günü sərbəst buraxılıb.

O, korrupsiyada ittham edilən kral ailəsinin onlarla üzvü, nazirlər və yüksək vəzifəli şəxslərdən biridir.

Şahzadə Mitəb pulların mənimsənməsi, ölü canları işə götürmək və öz şirkətlərinə kontraktlar verməkdə ittiham olunurdu.

Səudiyyə rəsmiləri oxşar ittihamlarla qarşılaşan digərləri ilə də qarşılıqlı razılaşmalar üzərində işləyir. Onların azad edilmələri qarşılığında səhm və nağd pul vermələri tələb olunur.

XS
SM
MD
LG