Accessibility links

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə bələdiyyə seçkilərində səs verir


Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə bələdiyyə seçkilərində səs verir. İlk dəfə olaraq bu ölkədə qadınlar yerli şuralara namizədliklərini irəli sürüb.

Səudiyyə Ərəbistanına bu dəyişiklik yanvar ayında dünyasını dəyişən Kral Abdulla tərəfindən gətirilib. O, 2011-ci ildə imzaladığı fərmanla qadınların növbəti seçkilərdəki iştirakını miras qoyub.

Qadınlar üçün seçkiqabağı kampaniyalar asan keçməyib.

Belə ki, ölkənin kəskin qanunlarına görə qadınlar kişilərə müraciət edə bilməz. Onlar yalnız yaxın kişilərin vasitəçiliyi ilə seçicilərinə üz tutmalıdır.

Human Rights Watch qadınların qeydiyyatdan keçmə prosesinin də çətin olduğunu bildirib.

İnsan haqlarının müdafiəsi təşkilatının bildirdiyinə görə, maşın sürməyə icazələri olmayan qadınların qeydiyyat mərkəzlərinə getmələri də müşkül olub.

Human Rights Watch bildirir ki, qadınların kimliklərinin təsdiqi onlara problemlər yaradıb.

Səudiyyə Ərəbistanında qadınlara şəxsiyyət vərəqəsi verilmir. Əmlak sahibi ola bilməyən qadınlar yaşadıqları yerlərdən qeydiyyat vəsiqələri də ala bilmir.

XS
SM
MD
LG