Accessibility links

Çin Prezidenti Şi Tsinpin çərşənbə günü Səudiyyə Ərəbistanına səfər edəcək


Çinin Prezidenti Şi Tsinpin və Səudiyyə Ərəbistanınln kralı Salman bin Əbdüləziz. Pekin. 16 mart, 2017.
Çinin Prezidenti Şi Tsinpin və Səudiyyə Ərəbistanınln kralı Salman bin Əbdüləziz. Pekin. 16 mart, 2017.

Səudiyyə Ərəbistanının dövlət mediası çərşənbə axşamı bildirib ki, Çin Prezidenti Şi Tsinpin çərşənbə axşamı üç günlük ziyarət çərçivəsində Səudiyyə Ərəbistanına səfər edəcək. Bu, onun 2016-cı ildən bəri dünyanın ən böyük xam neft ixrac edən ölkəsinə ilk səfəridir.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı kralı Salmanın sədrliyi və ölkənin de fakto rəhbəri vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə ikitərəfli sammit keçiriləcək. Bu barədə rəsmi Səudiyyə Mətbuat Agentliyi məlumat verib.

Xəbər agentliyi məlumat verib ki, dünyanın ikinci ən böyük iqtisadiyyatına başçılıq edən Şi həmçinin altı-üzvlük Körfəz Əməkdaşlıq Şurasının idarəçiləri ilə birlikdə sammitdə iştirak edəcək və Yaxın Şərqdəki digər ölkələrin liderləri ilə danışıqlar aparacaq.

Çin liderinin səfəri Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ştatlar arasında enerji siyasətindən tutmuş, regionun təhlükəsizliyi və insan hüquqlarına kimi bir sıra məsələlər səbəbilə gərginliyin artdığı bir vaxta təsadüf edir.

İki ölkə arasında onillərdir davam edən tərəfdaşlığa ən son zərbə oktyabr ayında OPEC plus neft ittifaqı hasilatı gündə 2 milyon barel azaltmağa razılaşmasından sonra dəyib. Ağ Ev bu addımın Ukrayna ilə müharibədə “Rusiya ilə uzlaşmağa” bərabər olduğunu deyib.

OPEC plus bazar günü ixtisarları qüvvədə saxlamağa qərar verib.

Çin Səudiyyə Ərəbistanının xam neftinin ən böyük alıcısıdır. Belə ki, Səudiyyə Ərəbistanının neft ixracatlarının təxminən dörddə birini Çin alır.

Təhlilçilər deyir ki, iki ölkə liderinin enerjidən əlavə Çin şirkətlərinin Şahzadə Məhəmmədin Səudiyyə iqtisadiyyatını şaxələndirmək məqsədinin mərkəzində yer alan meqa-layihələrə cəlb edəcək mümkün sövdələşmələri müzakirə edəcəkləri gözlənilir.

Həmin layihələrə NEOM adı ilə tanınan futuristik 500 milyard dollarlıq meqaşəhər daxildir. Bu, koqnitiv adlandırılan şəhər üz tanıma və nəzarət texnologilarından asılı olacaq.

Şi ən son Səudiyyə Ərəbistanını 2016-cı ildə ziyarət edib. Həmin səfər çərçivəsində o, Misir və Səudiyyənin rəqibi İranı da ziyarət etmişdi.

Şahzadə Məhəmməd isə 2019-cı ildə Asiya turu çərçivəsində Çinə səfər edərək, Şi ilə görüşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG