Accessibility links

Nadiya Savçenko quru aclığa başlayıb


Nadiya Savçenko
Nadiya Savçenko

İki rusiyalı jurnalisti öldürməkdə ittiham olunaraq Rusiyada həbs olunan ukraynalı hərbi pilot Nadya Savçenko çərşənbə günü Ukraynaya geri göndərilmək tələbi ilə aclıq aksiyasına başlayıb.

Savçenkonun vəkili Mark Feyqin Twitter səhifəsində Nadiyanın “quru” aclıq aksiyasına başlayaraq, həm yeməkdən, həm də sudan imtina etdiyini bildirib. Feyqin həmçinin Savçekonun Rusiya rəsmiləri tərəfindən sərbəst buraxılaraq dərhal Ukraynaya geri göndərilməsini tələb edən məktubunu paylaşıb.

Məhkəmə işi başlayandan bəri Savçenko ona qarşı irəli sürülən ittihamları rədd edib, amma məhkəmənin onun təqsirli olduğuna dair çıxardığı qərarla bağlı apelyasiyaya şikayət etməkdən imtina edib. O, Rusiyanın hüquqi sisteminin legitimliyini tanımadığını və artıq bir neçə dəfə keçirdiyi aclıq aksiyaları kimi seçim etdiyini deyir.

Birləşmiş Ştatlar da digər Avropa ölkələri kimi Savçenkonun həbsinə görə Rusiyanı qınayıb. Savçenko isə Ukraynada qəhrəman statusuna qədər ucalıb və həbsdə olmasına baxmayaraq parlamentə üzv seçilib.

Ukrayna prezidenti Petro Poroşenkonun veb səhifəsində yerləşdirilən bəyanatda bildirilir ki, prezident çərşənbə axşamı Savçenko ilə telefonla söhbət edərək onu “onun azadlığa buraxılması üçün atılan addımlar” barədə məlumatlandırıb və “ədalətin qalib gələcəyini” deyib.

Savçenko artıq iki ilə yaxındır Rusiyada həbsdədir.

XS
SM
MD
LG