Accessibility links

"Şengen Zonası"nın gələcəyi şübhə altındadır [Video]


"Şengen Zonası"nın gələcəyi şübhə altındadır
please wait

No media source currently available

0:00 0:02:37 0:00

İŞİD-in Parisdə həyata keçirdiyi terror hücumları Avropada passportsuz səyahət kimi tanınan “Şengen Zonası”nın gələcəyini şübhə altına alıb. Bununla bağlı Avropa dövlətlərinin bir neçə naziri Brüsseldə görüşərək, təhlükəsizliyin artırılması yollarını müzakirə edib.

Fransa və Belçikadan idarə olunan Paris hücumçuları Avropa boyu azad hərəkət edib. Avropanın 26 ölkəsinin daxil olduğu “Şengen Zonası”nda insanlar passportsuz səyahət edə bilir. Bu, Avropa Birliyinin təməl daşı olsa da, təhlilçilər bunun problemlər yaradacağını deyib.

“Mən Şengenin sona çatdığını düşünmürəm. Lakin qarşıdan gələn bir neçə ay ərzində biz bu ölkələrin sərhədlərində təhlükəsizliyin müxtəlif aspektlərdə gücləndirildiyini görəcəyik. Mənim fikrimcə azad zonanın tamamilə ləğvi Avropa Birliyinin prinsiplərinə ziddir” deyə, Royal United Services institutundan Calom Ceffri bildirir.

Hollandiya çox sayda qaçqının sərhədlərini sənədsiz keçən Yunanıstan və İtaliyanı çıxmaqla, “kiçik Şengen zonası” yaradılmasını təklif edib. Lakin Almaniya belə bir planı rədd edib. Almaniyanın daxili işlər naziri Tomas de Maizire: “Bizim siyasi məqsədimiz “Şengen zonası”nı maksimum işlək vəziyyətdə saxlamaqdır. Söhbət İŞİD-in dəstəklədiyi suriyalı döyüşçülərin giriş və çıxışının nəzarətini gücləndirməkdən gedir”.

Paris hücumlarının təşkilatçısı və artıq polis tərəfindən öldürülən Əbdülhəmid Əbaud sosial mediada Avropadan İslam Dövlətinin ürəyi Suriyaya və geri rahat səyahət etdiyi ilə öyünürdü.

Fransa Əbaudun səyahəti ilə bağlı məlumatın qeyd edilmədiyini deyib.

Fransanın daxili işlər naziri Bernar Cazenyu: “O, yəqin ki, Fransaya Avropadan keçrək gəlirdi. Noyabrın 16-sı, Paris hücumlarından sonra Avropaya daxil olmayan dövlətin kəşfiyyat idarəsi onun Yunanıstanda olduğunu bildiyini deyib.”

Parisdə intiharçı hücumunu həyata keçirrənlərdən biri, Əhməd Əl-Məhəmmədin qaçqın kimi Suriyadan Türkiyəyə, oardan da Yunanıstana keçdiyi deyilir.

“Şengen Zonası”na daxil olan Yunanıstan kimi ölkələrdə milli qüvvələrlə yanaşı sərhədlərdə təhlükəsizliyi Avropa Birliyinin “Frotex agentliyi də təmin edirdi. Lakin ölkədəki maliyyə böhranı bu sahəyə maliyyəni azaltmışdı. Yalnız bu il bu məbləğ 122 milyona qaldırılsa da, bunun da kifayət etmədiyi deyilir.

XS
SM
MD
LG