Səddam Hüseyn rejiminin görkəmli xadimlərindən biri asılmaqla ölüm cəzasına məhkum edilib. İraqın baş cinayət məhkəməsi sabiq xarici işlər naziri Tariq Əzizi şiə siyasi partiyalarını təqib etməkdə ittiham edib. Əziz hazırkı baş nazir Nuri əl-Malikinin mənsub olduğu Dava Partiyasının liderlərinin öldürülməsinə, həbsinə və mühacirətə göndərilməsinə yardım etməkdə günahkar bilinir. Əziz 1992-ci ildə 42 tacirin edam edilməsindəki roluna görə 15 illik həbs cəzası çəkirdi. O, habelə kürdlərin zorakı deportasiyasındakı roluna görə əlavə 7 il iş almışdı. Əziz şəxsən heç bir cinayət törətmədiyini deyir.