Accessibility links

Seçki kampaniyaları davam edir


ABŞ prezidentliyinə namizədlər cümə günü də kampaniyalarına ara verməyib.

Rəy sorğuları seçicilərin namizədlərin kampaniyalarından bezdiyini göstərir.

Demokrat namizəd Hillari Klinton Miçiqan və Ohayo ştatlarında müsiqiçilər Jay Z və Beyonse ilə barədər tərəfdarlarının qarşısına çıxacaq.

Respublikaçı namizəd Donald Tramp isə Nyu Hempşir, Ohayo və Pennsilvaniya yürüşlərinə qatılacaq.

Rəy sorğuları seçicilərin namizədlərin kampaniyalarından bezdiyini göstərir. Lakin Seçki Layihəsi erkən seçiklərdə 36.5 milyon insanın iştirak etdiyini bildirib.

Namizədlər Ağ Ev üçün ən yararlı şəxs olduqlarına seçicilərini əmin etməyə çalışır.

Dünən ABŞ prezidentliyinə namizədlər diqqətlərini noyabrın 8-də keçiriləcək seçkilərdə həlledici rol oynayacaq iki ştata - Şimali Karolina və Floridaya yönəltmişdi.

Respublikaçı namizəd Donald Tramp Pennsilvaniya və Şimali Karolinaya yola düşməzdən əvvəl Floridanın Ceksonvill şəhərində seçicilərlə görüşüb.

O, Klintonu milli təhlükəsizlik məlumatlarından şəxsi elektron poctunda istifadə etməklə kriminal əməllərdə günahlandırıb.

Klintonu Floridanın Mayami şəhərində təmsil edən ABŞ prezidenti Barak Obama Trampın birmənalı şəkildə prezidentliyə yararsız olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG