Accessibility links

"Azərbaycan seçkiləri şoudur"


ABŞ-ın sabiq səfiri Riçard Kazlariç və ABŞ dövlət katibinin insan haqları və demokratiya məsələləri üzrə keçmiş yardımçısı, Freedom House-un sabiq direktoru Devid Kramerin məqaləsində deyilir:

Son bir neçə həftə ərzində əvvəlcə Rusiya, daha sonra isə Misir hakimiyyətin əldə saxlanılması üçün seçkilərə legitim don geyirib.

Rusiya prezidenti Vladimir Putin 77 faiz səs çoxluğu ilə daha bir prezidentlik müddəti əldə edib.

Misirin dövlət başçısı Əbdel Fəttah Əl-Sissi daha yüksək göstərici-99 faiz səslə qələbə qazanıb.

Onların heç biri Qərbin təbriklərinə layiq görülməyib.

Hər iki halda seçkilərin nəticələri səsvermədən əvvəl məlum idi. Seçkilərdə ciddi opponentlər qeydə alınmayıb. Bu seçkiləri heç bir mənada real seçkilər adlanıdırmaq olmaz.

Eyni şey aprelin 11-də Azərbaycanda baş verib. Seçkilərin oktyabrın 17-i tarixi dəyişdirilib. Atasının ölümündən sonra 2003-cü ildən hakimiyyətdə olan İlham Əliyevin səsləri qazanacağı məlumdur.

Əliyev rejimi regionda ən korrupsiyalaşmış avtoritar bir rejimdir

Seçkiləri boykot edən müxalifət martın 31-də kütləvi etiraz aksiyası keçirib. Seçkilərin saxtalaşdırılacağını bildirən müxalifətin digər bir tələbi 100-dən çox siyasi məhbusun azad edilməsi olub.

Əliyevin Azərbaycanı Qərbin Rusiya prezidenti Putinə başı qarışdığı səbəbindən unudulmaqdadır. Baxmayaraq ki, Əliyev rejimi regionda ən korrupsiyalaşmış avtoritar bir rejimdir.

Amerikada həm respublikaçılar, həm də demokratların hakimiyyəti dövründə sanksiyalara məruz qalan Rusiyanın Putini, Belarusun Lukaşenkosundan fərqli olaraq, Əliyev təzyiqlərini diqqətlərdən yayındırmağa nail olub.

Azərbaycan ötən dekabrda prezident Trampın qüvvəyə mindirdiyi Maqnitski Aktına əsasən tətbiq edilən sanksiyalardan da kənarda qalıb.

Buna səbəb Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında nəqliyyat və NATO-nun Əfqanıstana mühüm təchizat yolu olmasıdır.

Rusiya və İran kimi ölkələrlə ortaq sərhədləri paylaşan, Dağlıq Qarabağ münaqişəsində tərəf olan və müsəlmanların əksəriyyət təşkil etdiyi Azərbaycan özünü mötədil bir ölkə kimi qələmə verir.

Azərbaycan ötən dekabrda prezident Trampın qüvvəyə mindirdiyi Maqnitski Aktına əsasən tətbiq edilən sanksiyalardan da kənarda qalıb

Putin və ABŞ-ın təhdidilərini nəzərə alan Azərbaycan Əfqanıstana təchizat yolunu təminat altında saxlamaq istəyir.

Bəziləri hesab edir ki, ABŞ Əliyevə insan hüquqlarına görə təzyiq göstərərək, Azərbaycanı özündən uzaqladırmaq kimi bir imkana malik deyil.

Lakin sakit diplomatiya siyasəti işləmir.

ABŞ hökuməti Əliyevə uzun illər bəxş etməklə, Azərbaycan xalqı və regiondakı öz maraqları üçün heç bir iş görməyib.

ABŞ və Qərb ölkələri Əliyevin daxili siyasət, demokratik inkişaf, insan hüquqları və dini azadlıqların təmini və ABŞ-la əsl strateji tərəfdaşlıq qurulacağına dair ümidlərin puça çıxmasını mümkün edib.

XS
SM
MD
LG