Fevralın 14-də Mərkəzi Seçki Komissiyası (MSK) dövlət başçısı postuna beş iddialının namizədliyinin irəli sürülməsini təsdiqləyib. Bunlar hazırki prezident, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Anar Umudov (vəkil), Zahid Oruc (Milli Məclisin deputatı), Tural Abbaslıdır (rəsmi qeydiyyata alınmayan Ağ Partiyanın rəhbəri).
Seçki Məcəlləsinə görə, namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxs prezidentliyə namizəd kimi qeydə alınması üçün 60 birmandatlı seçki dairəsindən azı 40 min imza toplamalıdır.
Növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək.