Accessibility links

KXCP növbədənkənar prezident seçkilərini boykot edir


Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu

Fevralın 17-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məslisi partiyanın 11 aprel növbədənkənar prezident seçkisini boykot etmək barədə qərar qəbul edib. Bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu Amerikanın Səsinə bildirib.

“Ali Məclis partiyamızın rayon və şəhər şöbələrinin qərarlarını, partiya fəallarının və cəmiyyətin münasibətini əsas sayaraq boykot barədə qərar qəbul etdi. Ali Məclis həmçinin seçkilərdə iştirak etməyən təşkilatlarla məsləhətləşmələr aparmağı məqsədəuyğun saydı”, o qeyd edib.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 2007-ci il yanvarın 31-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Hazırda Xalq Cəbhəsi, Müsavat, Ümid, Klassik Xalq Cəbhəsi partiyaları, REAL, NİDA, D18 hərəkatları seçkilərdə iştirak etmir.

XS
SM
MD
LG