Accessibility links

MSK 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib


Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası

Fevralın 17-də Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi nəfərin aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsini təsdiq edib.

APA agentliyinin xəbərinə görə, MSK-nin bu gün keçirilənm iclasında prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) tərəfindən irəli sürülmüş Araz Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası (MMP) tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsinin təsdiq edib.

Xatırladaq ki, fevralın 14-də Mərkəzi Seçki Komissiyası (MSK) dövlət başçısı postuna beş iddialının namizədliyinin irəli sürülməsini təsdiqləyib. Bunlar hazırki prezident, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Anar Umudov (vəkil), Zahid Oruc (Milli Məclisin deputatı), Tural Abbaslıdır (rəsmi qeydiyyata alınmayan Ağ Partiyanın rəhbəri).

Beləliklə, hazırda prezidentliyə namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiq ediləb 12 nəfər var.

Seçki Məcəlləsinə görə, namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər prezidentliyə namizəd kimi qeydə alınması üçün 60 birmandatlı seçki dairəsindən azı 40 min imza toplamalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG