Accessibility links

MSK sədri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyası ilə görüşüb


MSL sədri Məzahir Pənahov ATƏT-in DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası ilə görüşüb
MSL sədri Məzahir Pənahov ATƏT-in DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası ilə görüşüb

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 21-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ölkədə seçkiqabağı vəziyyətlə tanış olmaq üçün gəlmiş Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüşüb.

MSK-nın mətbuat xidmətinin məlumatına görə, qonaqlar Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlər, eləcə də 2018-ci il aprelin 11-nə təyin edilmiş seçkilərə hazırlıqla maraqlanıb.

Pənahov MSK-nın "beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıq olduğunu" qeyd edib və qonaqlara ölkənin seçki sistemi haqqında ətraflı məlumat verib.

O, həmçinin prezident seçkiləri ilə əlaqədar MSK tərəfindən təsdiq olunmuş Təqvim Planına əsasən həyata keçirilən tədbirlər haqqında danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

ATƏT DTİHB-nin missiyası Azərbaycanda seçkiqabağı vəziyyət haqqında hesabat hazırlamaq məqsədilə gəlib. Missiyanın rəyləri əsasında təşkilatın seçki kampaniyasının, seçkilərin və səslərin hesablanması prosesinin monitorinqi üçün müşahidəçilər göndərməsi haqqında qərar qəbul ediləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG