ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidə missiyası göndərməyi tövsiyə edib. Bu barədə missiyanın hesabatında qeyd edilib.
Hesabatda bütövlükdə seçki prosesini izləmək məqsədilə uzun müddət üçün 30 müşahidəçinin və səsvermə günündə müşahidələr aparmaq üçün 280 nümayəndədən ibarət qısamüddətli missiyanın göndərilməsi tövsiyə olunur.
ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri seçkilərə hazırlığı vəseçkiöncəsi mühiti öyrənmək məqsədilə fevralın 21-22-də Bakıda səfərdə olub.