Accessibility links

GAP etiraz aksiyası keçirib [Video]


Partiya seçkilərə etiraz edir

Martın 10-da Gələcək Azərbaycan Partiyasının (GAP) bir qrup üzvü Bakının mərkəzində, “Fəvvarələr” meydanında “Saxta seçkilərə yox!” şüarı ilə etiraz aksiyası keçirib.

Partiyanın sədri Ağasif Şakiroğlu Amerikanın Səsinə bildirib ki, aksiyada əlliyədək partiya fəalı iştirak edib.

“Aksiyada iştirak edən partiya fəallarının 14 nəfəri polis tərəfindən saxlanıldı. Bir neçə saat polis bölmələrində qaldıqdan sonra faəllar xəbərdarlıq edilərək azad buraxıldı”, o qeyd edib.

Şakiroğlu deyib ki, GAP aprlein 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot edir.

“GAP seçkilərin nəticələrini tanımayacaq. Partiya fəalları seçkiqabağı dövrdə etiraz aksiyalarını davam etdirəcək”,o bildirib.

Gələcək Azərbaycan Partiyası 2104-cü il fevralın 23-də təsis edilib. Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev GAP-ın fəxri üzvüdür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG