ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkilərinə dair bəyanat yayıb.
Müvəqqəti işlər vəkili Harri Kamian tərəfindən yayılan bəyanatda deyilir ki, Birləşmiş Ştatlar prezident Əliyev və azərbaycan xalqı ilə demokratiya və insan haqları, fundamental azadlıqlara hörmət, iqtisadi islahatlara və firavanlığa dəstək, terrorçuluğa qarşı mübarizə kimi məsələlər də daxil olmaqla müxtəlif səpkidə təmsil olunan sahələrdə işləməyə hazırdır.
“Biz həmçinin ATƏT-in Minsk Qrupu ilə davamlı fəaliyyət göstərərək Dağlıq Qarabağ münagişəsinin dinc həllinin tapilmasınada dəstək verməyə hazırıq”, sənəddə qeyd edilir.
Birləşmiş Ştatlar ATƏT-in seçkilərin müşahidəçilərinin aprelin 12-də bəyan etdiyi ilkin qiymətləndirilmə ilə razıdır.
“İlkin hesabatda məhdud siyasi mühit, fundamental prinsiplərin məhdudlaşdırılması və rəqabət şəraitinin olmaması kimi bir sıra nöqsanları qeyd edilir.
Seçkilərin təşkilatı yaxşı təşkil və təmin olunduğu vaxtda ATƏT-in müşahidəçiləri seçki prosesininin geniş şəkildə pozulması hallarını, şəffaflığın olmamasını və seçki bulletenlərinin saxtalaşdırılması kimi çoxsaylı ciddi pozuntuları qeyd edib. Biz Azərbaycan hökumətini təcili olaraq sözügedən məsələlərin həllinə çağırırıq”, sənəddə qeyd edilir.