Accessibility links

“Axı hansı əlahiddə hadisə olub ki, bir seçki başa çatmadan ikincini təyin edirlər?”


Azərbaycanda dekabrın 23-də bələdiyyə, fevralın 9-da isə növbədənkənar parlament seçkiləri keçiriləcək. İki seçki dönəmi müəyyən müddət üst-üstə düşür. Bələdiyyə seçkilərində təşviqat mərhələsi parlament seçkilərində namizədlərin verilməsi dövrünə təsadüf edir.

Görəsən bütün bunlar seçki komissiyalarına hər hansı çətinlik və problemlər yarada bilərmi?.

“İki seçkinin ard-ardına keçirilməsinə sevinirlər”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı sualın yaranmasının səbəbini ölkənin seçki tarixində ilk dəfədir belə halla rastlaşmaqla bağlı olduğunu düşünür:

“Yəni iki seçkinin ard-arda olması baş verməmişdi. Ancaq seçki komissiyaları fəaliyyətlərini qanunauyğun quracaqlarsa, elə bir çətinlik olmayacaq. Əksinə, məntəqə seçki komissiyalarının üzvləri əməkhaqqı alırlar, ona görə iki seçkinin ard-arda keçirilməsinə sevinirlər”.

Məhərrəm Zülfüqarlı hər iki seçkidən yeniliklər gözlədiyini bildirir:

“Çünki son zamanlar gənclərin önə çəkilməsi barədə fikirlər intensiv hal alıb. Mən bu fikrin tərəfdarı deyiləm və insanlara fərdi yanaşılmasını istərdim. Yəni insanların yaşına yox, fəaliyyətinə, vətənsevərliyinə və peşəkarlığına qiymət verilməlidir. Təəssüf ki, bizdə kimsə xarici dil bilirsə, onun ölkəni təmsil edə biləcəyi vurğulanır. Dil bilmək texniki məsələdir, amma ölkənin və dövlətin tarixini bilmirlərsə, o heç nəyə yaramır. Ona görə millətinə və dövlətinə sədaqətli insanların bələdiyyələrə və qanunverici orqana gəlməsinə ehtiyac var”.

“Doğru deyil”

Ancaq Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə hesab edir ki, bələdiyyə seçkiləri başa çatmadan, növbədənkənar parlament seçkilərinin keçirilməsi texniki baxımdan Dairə Seçki Komissiyalarının (DSK) işini çətinə salacaq:

“Mərkəzi Seçki Komissiyası (MSK) və məntəqə seçki komissiyaları ilə müqayisədə bələdiyyə seçkilərində DSK-ların üzərinə daha çox iş düşür”.

Anar Məmmədli-yə görə, həm təşviqat kampaniyası, həm də seçicilərin adlarının siyahısının dəqiqləşdirilməsi iri həcmli işlərdir:

“Faktiki olaraq, gələn həftədən seçki dövrü başlayır, DSK-lar birmənalı olaraq daha çox çalışmalıdırlar. Nəzərə alın ki, namizədlərin irəli sürülməsi ilə bağlı ərizələrin və başqa sənədlərin qəbulu, imza vərəqələrinin paylanması var”.

Anar Məmmədli daha sonra da deyib:

“Ötən illərin təcrübəsinə əsaslanaraq DSK-ların olduqca ləng çalışdığını deyə bilərəm. Misal üçün, bələdiyyə seçkiləri ilə bağlı prosesə baxın, MSK-nın İnformasiya səhifəsində hələ də namizədlərin adları və siyahılar qeyd olunmayıb. Eyni zamanda, müşahidəçilərin qeydiyyatı məsələsi var. Bunları hesabladıqda DSK-ların üzərinə çox böyük iş düşür. Belə olan halda, DSK-ların bu işlərin öhdəsindən necə gələcəyi sualı gündəmə gəlir”.

Anar Məmmədli düşünür ki, bələdiyyə seçkiləri bitmədən başqa bir seçkinin keçirilməsi qərarı doğru deyil:

“Ən azından siyasi rəhbərlik nəzərə almalıydı ki, bir seçki bitmədən növbəti seçki üçün seçki komissiyalarını yükləmək olmaz. Heç olmasa, seçkiləri 9 fevrala yox, 25 fevrala təyin etsəydilər, daha məqsədəuyğun olardı. Axı ölkədə hansı əlahiddə hadisə olub ki, bir seçki başa çatmadan ikincini təyin edirlər? Çox təəssüf ki, hakimiyyət olduqca qapalı şəkildə çalışdığından seçkiyə tələskən qərar anlaşılmır. Ona görə qərarın problemlər yarada biləcəyi mümkündür”

Bu fikirlərə, hələlik, seçki komissiyalarının münasibətini öyrənmək mümkün olmayıb. Amma Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını dekabrın 7-də təsdiqləyib.

Qurumdan bildirildiyinə görə, seçki hüququ olan vətəndaşların öz təşəbbüsləri, seçicilərin təşəbbüs qruplarının, siyasi partiyalar və siyasi partiyaların bloklarının namizədlər irəli sürməsi seçkilərin təyin edilməsi haqqında Prezidentinin Sərəncamı ( dekabrın 5-də verilib, 6-da dərc edilib) rəsmi dərc olunduqdan sonra başlayır.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG