Accessibility links

Səsvermə başa çatdı [Videolar]


Səsvermə başa çatıb, səslər sayılır
please wait

No media source currently available

0:00 0:00:48 0:00

Səsvermə başa çatıb, səslər sayılır

Milli Şuranın namizədi seçkilərin legitimliyini şübhə altına alıb. “Proqnoz” mərkəzinin exitt-poll-unun nəticələrinə görə, İlham Əliyev 83 faiz, Cəmil Həsənli isə 8,2 faiz səs toplayıb

Bakı vaxtı ilə saat 19.00-da Azərbaycanda prezident seçkiləri üzrə səsvermə başa çatıb.

Ölkədə əhalinin 5 milyon 145 min 643 nəfər səsvermə hüququna malikdir. Seçicilər 5491 seçki məntəqəsində səs veriblər. Məntəqələrin 5273-nün fəaliyyəti daimi, 219-nun fəaliyyəti isə müvəqqəti olub.

“Proqnoz” sosial araşdırmalar mərkəzi apardığı exitt-poll-un nəticələrinə görə, İlham Əliyev 83 faiz, Cəmil Həsənli isə 8,2 faiz səs toplayıb.

Səsvermə başa çatıb, səslər sayılır
please wait

No media source currently available

0:00 0:00:54 0:00


Milli Şuranın namizədi Cəmil Həsənli seçkilərin legitimliyini tanımadığını bəyan edib.
“Dünürəm ki, artıq seçkinin legitimliyini indidən şübhə altına almaq mümkündür. Təəssüf ki, bir çox hakimiyyət nümayəndələri saxtalaşdırmada birbaşa iştirak edərək, ən ağır dövləti cinayətin – hakimiyyətin qəsbində iştirak edirlər . Eyni zamanda bəyan edirəm ki, şəffaf və müsbət imicə malik olmayan exit-poll keçirən qurumlara etibar etmək mümkün deyil.

Mən bəyan edirəm ki, xalqımızın səslərinin qorunması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik."

Seçki qanunvericiliyinə görə, məntəqə və dairə seçki komissiyalarından səsvermənin nəticələri haqqında yekun protokollarla bağlı ümumiləşdirilmiş informasiya seçki günü və sonra MSK-nın saytında yerləşdiriləcək.

Məntəqə seçki komissiyalarından yekun protokolların ilk nüsxələri 24 saatdan gec olmayaraq dairə seçki komissiyalarına çatdırılacaq, onlar isə seçkilərdən sonra 2 gündən gec olmayaraq (11 oktyabra qədər) yekun protokolları MSK-ya göndərəcək.

Məntəqə və dairələr üzrə protokolların üçüncü nüsxələri vətəndaşların tanış olması üçün 5 və 10 gün ərzində MSK-nin saytda yerləşdiriləcək.

Dairə seçki komissiyalarından protokollar daxil olduqdan dərhal sonra MSK seçkilərin ilkin yekunlarını elan edəcək.

Oktyabrın 19-na qədər MSK seçkilərin yekunları haqda protokolları Konstitusiya Məhkəməsinə veriləcək. Konstitusiya Məhkəməsi səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan edəcək.

Bundan sonra seçilmiş prezident 3 gün ərzində and içəcək və vəzifəsinin icrasına başlayacaq.

Oktyabrın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası seçkilərlə bağlı ilkin rəyini açıqlayacaq.
XS
SM
MD
LG