Accessibility links

Azərbaycanda 5 054 455 nəfər seçici var


Seçki xəritəsi
Seçki xəritəsi

Onların 48,21 faizi kişi, 51,79 faizi isə qadınlardır

Mayın 29-dək ölkə üzrə vahid seçicilər siyahısında 5 054 455 nəfər seçicinin adı var ki, onların 48,21 faizi kişi, 51,79 faizi isə qadınlardır. Bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Seçki Məcəlləsinə əsasən 2014-cü ilin yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə başlanıb. Seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib, dairə seçki komissiyaları isə seçki dairələri üzrə yenidən tərtib edilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil verib. Mərkəzi Seçki Komissiyası tərəfindən seçici siyahıları bir daha dürüstləşdirilib və bu prosesə yekun vurulub.-

Xatırladaq ki, bu ol ölkədə bələdiyyə seçkiləri keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG