Türkiyə mediasının məlumatına görə, Naxçıvanla sərhəddəki Dilucu gömrük məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində Seyidov Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Gömrük rəisini Qarsdan İğdıra apararaq orada tibbi müayinədən keçiriblər.
Türkiyə mediası yazır ki, Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşı əməliyyat keçirilib. Əməliyyat zamanı 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər saxlanıb.
Azərbaycanın Qarsdakı konsulu Asiman Əliyev gömrük rəisi ilə görüşmək üçün polis şöbəsinə gedib.
Azərbaycan Dövlət Gömrük Komitəsindən gömrük rəisinin saxlanması ilə bağlı məlumat almaq mümkün olmayıb. Amerikanın Səsinin müxbirinin dəfələrlə komitənin səlahiyyətli şəxsi ilə əlaqə qurmaq cəhdi baş tutmayıb. Növbətçi hissə səlahiyyətli şəxslə telefon əlaqəsi qurmaqdan imtina edib. Komitənin 192 Çağrı Xidmətindən də məlumat almaq mümkün olmayıb.
Sədərək Gömrük İdarəsinin növbətçi hissəsindən isə rəislə bağlı məlumat verməyiblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumatla bağlı araşdırma aparıldığını bildirib.