Accessibility links

Azərbaycan xarici işlər nazirinin müavini Əfqanıstan prezidenti ilə görüşüb


Araz Əzimov

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov mayın 30-31-də Əfqanıstana səfəri çərçivəsində bu ölkənin prezidenti Əşrəf Qani tərəfindən qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Araz Əzimov Azərbaycan prezidentinin dəvət məktubunu Əfqanıstan prezidentinə çatdırıb.

Nazir müavini, həmçinin, Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani və digər rəsmi şəxslərlə də görüşüb.

Görüşlərdə ikitərəfli siyasi dialoq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunub. Əfqanıstan rəsmiləri ölkədə stabilliyin yaradılması işinə Azərbaycanın verdiyi dəstəyin və Asiyanın Ürəyi - İstanbul Prosesinə həmsədrliyinin yüksək qiymətləndirildiyini bildiriblər.

Səfər əsnasında A.Əzimov Asiyanın Ürəyi - İstanbul Prosesinin səfirlər səviyyəsində görüşünə həmsədrlik edib. Görüşdə bu ilin sonunda Bakıda keçiriləcək Asiyanın Ürəyi – İstanbul Prosesinin Nazirlər səviyyəsində iclasına hazırlıqla bağlı məsələlər müzakirə olunub.

XS
SM
MD
LG