ABŞ-ın briqada generalı Hopper T. Smit bir qrup nümayəndə heyəti ilə Azərbaycan və Oklahoma ştatı arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə Gəncə şəhərinə səfər edib.
ABŞ səfirliyi facebook səhifəsində bildirir ki, nümayəndə heyəti həmçinin Gəncə şəhər Mərkəzi Kitabxanasında yerləşən Amerika Mərkəzini ziyarət edərək Oklahoma ştatı, öz karyera və təcrübələri, Gəncə və Azərbaycan barəsində müsbət təəssüratlar barədə danışıb.