Accessibility links

Azərbaycan və Türkmənistan çoxsaylı sənədlər imzalyıb


İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov

Avqustun 8-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri başlayıb.

İki ölkə prezidentinin təkbətək və geniş tərkibdə görüşləıri olub.

Prezident İlham Əliyev bildirib ki, Türkmənistan prezidentinin səfəri iki ölkə arasında əlaqələrə yeni dinamika gətirəcək.

“Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var”, Əliyev qeyd edib.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib ki, müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri özünün yeni mərhələsini yaşayır, yeni məzmun kəsb edir.

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov

“Bu, həm siyasətdə, həm iqtisadiyyatda, həm də mədəni-humanitar sahədə müşahidə olunur. Xüsusi qeyd etmək lazımdır ki, həm Türkmənistan, həm də Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir”.

Onun sözlərinə görə, ticari-iqtisadi münasibətlərə gəldikdə, bu gün həm Türkmənistan, həm də Azərbaycan energetika, nəqliyyat və digər sahələrdə iri layihələri reallaşdırmaqla nəinki regionda, həm də dünya miqyasında xüsusi yer tutur.

“Bu, təkcə iki ölkənin, yalnız regionun inkişafına töhfə verməklə məhdudlaşmır, ölkələrimizin reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir və dünyada da müəyyən rol oynayır”.

Görüşlərin yekunu olaraq iki ölkə prezidenti “Azərbaycan ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalayıb.

Bununla yanaşı, “Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında”, vergilər, daxili işlər nazirlikləri, turizm, dəniz ticarət gəmiçiliyi, baytarlıq, bitki karantini, müəlliflik hüququ və əlaqəli hüquqların qorunması, sənaye mülkiyyətinin mühafizəsi, mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, ətraf mühitin mühafizəsi, mədəniyyət, energetika sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG