Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın sentyabrın 10-11-də Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb. Bu barədə avqustun 30-da Türkiyənin Bakıdakı səfiri Erkan Özoral jurnalistlərə bildirib.
O, səfərin təxirə salınmasının səbəblərini açıqlamayıb və yaxın vaxtlarda baş tutacağını bildirib.
Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi planlaşdırılırdı.