Prezident İlham Əliyev MDB dövlət başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 11-də Soçiyə gedib. Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.
Rusiya KİV-in məlumatına görə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri sammitdə iştiraklarını təsdiqləyiblər. Qırğızıstanı baş nazir təmsil edəcək.
Bundan əlavə, MDB sammitinə Şanxay Əməkdaşlıq Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı, Avrasiya İqtisadi Komissiyası rəhbərləri dəvətlidir.