Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 5-də Vyanaya işgüzar səfərə gedib. O, dekabrın 7-8-də ATƏT xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
Səfər çərçivəsində E.Məmmədyarov dekabrın 6-da Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcək. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.