Accessibility links

Türkiyənin baş naziri Naxçıvanda səfərdə olub


Vasif Talıbov və Binəli Yıldırım
Vasif Talıbov və Binəli Yıldırım

Dekabrın 20-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə baş naziri Binəli Yıldırım ilə görüşüb. Binəli Yıldırım Banqladeşdən səfərdən qayıdarkən Naxçıvanda olub.

AZƏRTAC agentliyinin məlumatına görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, Naxçıvan Muxtar Respublikası 1921-ci ildə imzalanmış beynəlxalq Qars müqaviləsinə əsasən yaradılıb.

“Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olan Naxçıvan Muxtar Respublikasının öz konstitusiyası, parlamenti, icra və məhkəmə hakimiyyətləri vardır. Ərazisi 5.5 min kvadratkilometr, əhalisi 450 mindən artıq olan Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 rayondan ibarətdir. Azərbaycan türklərinin qədim torpağı Naxçıvanda 1200-dən çox türk-İslam mədəniyyəti abidəsi var. Beş min illik şəhər mədəniyyətinə malik Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilib”, Talıbov qeyd edib.

Ali Məclis sədri Naxçıvanda 3 ali, 3 orta ixtisas, 215 ümumtəhsil məktəbi, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, elm və təhsil müəssisələri Türkiyənin müvafiq qurumları ilə sıx əməkdaşlığa malikdir.

“Naxçıvanın xarici ticarət dövriyyəsində Türkiyə Respublikasının payı bu ilin 11 ayında ötən ilə nisbətən 2 milyon ABŞ dolları artaraq 7 milyon 685 min ABŞ dolları təşkil edib. Qardaş ölkə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən, Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanının verilməsi də xarici ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir”, - deyən Ali Məclisin Sədri bu qərara görə qardaş Türkiyə hökumətinə hörmət və ehtiramını bildirib.

Azərbaycan və Türkiyə xalqlarının tarixən bir yerdə olduğunu vurğulayan Ali Məclis Sədri Vasif Talıbov Türkiyə Baş nazirinin Naxçıvana səfərinin bu əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Türkiyənin baş naziri Binəli Yıldırım Naxçıvanın böyük inkişafa nail olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısındakı iştirakını və çıxışını xatırladan baş nazir qeyd edib ki, Azərbaycan prezidentinin həm Qüds məsələsi, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri olduqca əhəmiyyətlidir.

Baş nazir iki ölkə arasında münasibətlərin son 15 ildə sürətlə inkişaf etdiyini, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əlaqələrin daha da inkişafında xüsusi yer tutduğunu diqqətə çatdırıb. Türkiyə ilə Azərbaycan arasında, həmçinin iqtisadiyyat, təhsil, hərbi və digər sahələrdə də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib.

Söhbət zamanı, eyni zamanda, İğdırın və Naxçıvanın hava limanları arasında əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG